Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Avtomobillərə aksiz vergisi necə hesablanır?

Avtomobillərə aksiz vergisi necə hesablanır?

Vergi Məcəlləsinə son dəyişiklikdə istehsal tarixi 10 il olan və benzinlə işləyən avtomobilin idxalı zamanı aksiz məbləğinin hesablanmasında hər hansı yenilik edilibmi? Eyni zamanda, istehsal tarixi 5 il və mühərrikinin həcmi 3500 kubsantimetr olan avtomobilin idxalı zamanı aksiz məbləği necə hesablanır?
 

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda aksiz Vergi Məcəlləsinin 190.4.1-ci və 190.4.1-3-cü maddələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə görə 1, 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.

Həmçinin Vergi Məcəlləsinin müvafiq maddəsinə görə, mühərrikinin həcmi 3 min kubsantimetrdən çox olan avtomobillərin istehsal tarixi 3 ildən artıq olarsa, aksiz məbləği 5600 manat + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 15 manat olmaqla hesablanır.

Həmçinin oxuyun

Dövlət Neft Fondunun aktivləri bir rübdə 2 %-dən çox artıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 57 milyard 372,8 milyon ABŞ dollar …