Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Avtomobil idxalı 70% artdı

Avtomobil idxalı 70% artdı

2017-ci ilin Yanvar-Sentyabr ayları ərzində Azərbaycana 6 643 ədəd avtomobil (nəqliyyat vasitəsi) gətirilib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 70% çoxdur.

2016-cı ilin 9 ayında Azərbaycana 3 906 ədəd nəqiliyyat vasitəsi idxal olunmuşdu.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin Yanvar-Sentyabr  aylarında 138  ədəd avtobus, 5 783 ədəd minik avtomobili, 670  ədəd yük avtomobili, 52 ədəd xüsusi təyinatlı avtomobil idxal olunub.

Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin Yanvar-Sentyabr aylarında  61 avtobus, 3389 ədəd minik avtomobili, 379 ədəd yük avtomobili, 77 ədəd xüsusi texnika idxal olunmuşdu.

İllik müqayisədə minik avtomobilərinin idxalı 70,6% artıb.

Təkcə Sentyabrda Azərbaycana 981 ədəd nəqliyyat vasitəsi, o cümlədən 909 ədəd minik avtomobili gətirilib. (Marja)

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …