Ana səhifə / İqtisadiyyat / Avtomobil bazarında satan da narazıdır, alan da -VİDEO

Avtomobil bazarında satan da narazıdır, alan da -VİDEO

Azərbaycanda avtomobil bazarında durğunluq davam edir.
Bu barədə Bizimyol.info-nun Badamdar qəsəbəsində yerləşən bazarda apardığı araşdırma nəticəsində məlum olub.
Belə ki, hər il ənənəvi olaraq avqust ayının sonuna doğru avtomobil satışında artım olsa da, bu il bazarda elə də canlanma yoxdur.
Alıcılar bazardakı durğunluğa görə satıcıları ittiham edir. Yeni maşın sahibi olmaq istəyənlər deyir ki, qiymətlər süni olaraq şişirdilir, bu isə ticarətə mane olur.
Satıcıların sözlərinə əsasən, alıcılar yanacağın növünə görə dizellə işləyən, qiymətinə görə isə satış qiyməti 10-12 min manata qədər olan avtomobillərə üstünlük verirlər.
Azərbaycanda yığılan maşınların satışına gəldikdə isə, satıcılar bildirir ki, o maşınları daha çox müəssisələr alır. Sıravi insanlar ölkədə istehsal edilən maşınlara heç baxmırlar da.
Satıcıların sözlərinə əsasən, alıcılar yanacağın növünə görə dizellə işləyən, qiymətinə görə isə satış qiyməti 10-12 min manata qədər olan avtomobillərə üstünlük verirlər.
Satıcılarla söhbət edən zaman o da məlum oldu ki, bazarda satılan maşınların alıcıları internet üzərindən gəlir.
Avtomobil bazarından hazırladığımız videreportajı təqdim edirik:

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …