Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Avtomobil bazarında qiymətlər necə olacaq? — AÇIQLAMA

Avtomobil bazarında qiymətlər necə olacaq? — AÇIQLAMA

“Azərbaycanda ikinci əl avtomobil bazarında qiymətlər 5 faiz bahalaşacaq”.

Bunu Bizimyol.info-ya açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfər bildirib.

Ekspert deyib ki, avtomobil bazarında növbəti aylarda tələb və təklif artacaq: “Qiymət artımı ikinci əl avtomobil bazarında mövsümi xarakter daşıyır. Aprelin ortalarından bu artımı hiss edəcəyik”.

E.Cəfərin sözlərinə görə, aprel ayından başlayan qiymət artımı bu ilin sonuna kimi davam edəcək.

Qeyd edək ki, ekspertlərin sözlərinə görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi devalvasiya ehtimalını artırır. Belə olan halda idxal olunan avtomobillərin qiymətində bahalaşma gözlənilən həddən çox ola bilər.

Həmçinin böyük avtomobil markaları istehsal həcmlərini azaldırlar. Artıq “Toyota” və BMW Böyük Britaniyada istehsalı dayandırıblar.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …