Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Avropanın Rusiyadan enerji asıllığının azaldılmasında Azərbaycanın payı… – TƏHLİL

Avropanın Rusiyadan enerji asıllığının azaldılmasında Azərbaycanın payı… – TƏHLİL

“ABŞ bu il Avropaya əlavə olaraq 15 milyard kub metr sıxılmış qaz ixrac edəcək. Məqsəd qədim qitənin Rusiyadan enerji asıllığının daha tez azaldılmasına nail olmaqdır”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, 552 milyard kub metr illik qaz istehlakı olan Avropa Birliyinin idxalında Rusiyanın 40 faizlik dominant payı var:

“Birləşmiş Ştatlar 2030-ci ilədək Avropaya əlavə 50 milyard kub metr mavi qaz göndərməyi hədəfləyir. Rusiya Ukrayna müharibəsi fonunda Qərb heç zaman müşahidə olunmayan birlik nümayiş etdirir. Birləşmiş Ştatlar Rusiyaya tətbiq edilən sanksiyalar kontekstində daha çox ölkəni bu əməkdaşlıq platofrmasında görmək niyyətindədir. Avropa Birliyi üçün hazırda enerji təhlükəsizliyini möhkəmləndirmək baxımdan əlavə mənbələr Azərbaycan və Əlcəzair hesab olunur. 2.6 trilyon kub metr ehtiyatı və illik 43.9 milyard kub metr hasilatı olan Azərbaycan 2020-ci ilin sonundan Avropaya qaz ixracatına başlayıb. Əlcəzairin ehtiyatları 4.5 trilyon kub metr, illik istehsalı isə 90 milyard kub metrdir. Sözügedən ölkə Avropaya daha çox qaz nəql etməyə planlaşdırır”.
Deputat əlavə edib ki, 2022-ci ildə Avropaya ən azı 9.1 milyard kub metr mavi qaz nəql etməyi planlaşdıran Azərbaycan artıq 10 milyard kub metr qazı 2020-ci ilin dekabrından bəri qədim qitəyə çıxarıb: “Cənub Qaz Dəhlizinin ikinci fazasında Azərbaycan Avropaya 20 milyard kub metr qaz nəql edə biləcək. Dəhlizin reallaşması bir daha təsdiq etdi ki, çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən, dayanıqlı inkişafı dəstəkləyən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlət olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilirlər. Cənub Qaz Dəhlizinin bütövlükdə ötürülmə qabiliyyəti 31, 5 milyard kub metr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq”.
Vüqar Bayramovun fikirincə, regionda və bütövlükdə dünyada yeni düzən formalaşır:
“Bu mərhələdə çoxşahəli xarici siyasətə üstünlük verən Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyi daha da güclənəcək”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …