Ana səhifə / İqtisadiyyat / Avropada ən çox satılan avtomobillərin adları məlum olub – SİYAHI

Avropada ən çox satılan avtomobillərin adları məlum olub – SİYAHI

Avropanın ən məşhur avtomobillərinin adı açıqlanıb.

Bu barədə “Avtostat” JATO Dynamics tədqiqat şirkətinə istinadən məlumat yayıb. 2008-ci ildən indiyədək “Volkswagen Golf” hetçbeki Avropa bazarında liderlik edir.

2021-ci ildə Avropa ölkələrində 205 mindən çox “Golf” satılıb. Daha sonra siyahıda “Peugeot 208” (196,9 min ədəd), “Dacia Sandero” (196,8 min ədəd), “Renault Clio” (196,2 min ədəd) avtomobilləri gəlir.


“Volkswagen T-Roc” (186,6 min ədəd), “Toyota Yaris” (182,6 min ədəd), “Opel / Vauxhall” (180,6 min ədəd), “Fiat 500” (174,7 min ədəd) və “Citroen C3” (159,3 min ədəd) ən çox satılan avtomobillərin ilk onluğuna daxil olub.
Report

Həmçinin oxuyun

Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək

Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək. Bununla bağlı məsələ parlamentin mayın 31-də keçiriləcək iclasında …