Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Avropa sakinlərinin 27 faizi zorlamaya haqq qazandırır

Avropa sakinlərinin 27 faizi zorlamaya haqq qazandırır

“The İndependent” yazır ki, Avropada yaşayan insanların 27 faizi zorlamaya müəyyən hallarda haqq qazandırmağın mümkün olduğunu düşünür.

Bu rəqəmlər Avropa İttifaqi tərəfindən gender zəminli zorakılıqların öyrənilməsi üçün sifariş edilmiş rəy sorğusundan alınıb.

Avropa İttifaqının müxtəlif ölkələrində ümumilikdə 30 min adamın arasında aparılmış rəy sorğusu göstərib ki, bu qitədə az qala hər 4 respondentdən biri “müəyyən situasiyada” zorlamaya haqq qazandırmağın mümkün olduğunu düşünür. Bu “müəyyən situasiyalardan” ikisi, məsələn qadının həddən artıq açıq-saçıq geyimi və ya təcavüzkarın həddən artıq sərxoş olmasıdır.

“İndependent” qəzeti üçün statistika firmasının hazırladığı diaqramdan görünür ki, respondentlərin 27 faizi müəyyən situasiyalarda qadının zorla cinsi əlaqəyə cəlb edilməsinə haqq qazandırır.

Rəyi soruşulanların 12 faizi təcavüz edənin güclü alkoqol və ya narkotik maddənin təsiri altında olmasını ona haqq qazandırılması üçün kifayət sayır.

Sorğuda iştirak edənlərin 11 faizi bildirib ki, zorlama qurbanı zorlayanın evinə öz xoşu ilə gedibsə, zorlama aktına haqq qazandırıla bilər.

10 faiz isə deyib ki, zorlananın kifayət qədər qətiyyətli müqavimət göstərməməsi də zorlayana haqq qazandırır.

Burası da var ki, rəqəmlər müxtəlif ölkələrə görə fərqlidir. Məsələn, Rumıniyadakı respondentlərin 60 faizi zorlamaya haqq qazandıran situasiyaların olduğuna inanır.
Britaniya üçün bu rəqəm 22 faizdir.

“The İndependent” belə bir təxmin də verir ki, bütün dünya üzrə hər 5 qadından biri həyatının hər hansı bir mərhələsində cinsi zorakılığa məruz qalır.

Kişilərin hər 71 nəfərindən biri zorlanır (BBC).

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın