Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Avropa səhmləri dəyərini itirməkdədir

Avropa səhmləri dəyərini itirməkdədir

Asiya birjalarında enişin ardınca Avropada da səhmlər dəyərini itirib. Çərşənbə günü London, Frankfurt və Paris birjalarında dəyərini itirən səhmlər bir qədər qiymətini bərpa edib.

ABŞ-ın Dow indeksi 4.6 faiz aşağı düşüb. Yaponiyanın Nikkei 225 isə günü 4.7 faiz itki ilə tamamlayıb.

ABŞ-da məvaciblərin artmasına görə inflyasiya ilə mübarizə üçün əsas faiz dərəcəsinin də daha erkən yüksələ biləcəyi ilə bağlı gözləntilər fonunda səhmlərin satışları artıb.

Bu xəbər ardınca Londonda FTSE 100 və Parisin CAC indeksi 2 faiz ucuzlaşıb. Frankfurtun Dax indeksi isə dəyərinin 2,2 faizini itirib.

Treyder (arxiv)

Bazar ertəsi FTSE 100 ötən ilin aprel ayından bəri ən aşağı səviyyəyə enib.


Bunun adi insanlara təsiri necə ola bilər?

Pullarınızı səhm və qiymətli kağızlar şəklində saxlamasanız da onlara pensiya fondu vasitəsilə yatırım sahibi ola bilərsiniz.

Yəni pensiya fondlarına məxsus səhmlərin dəyərdən düşməsi deməkdir ki, bilavasitə təqaüdçülərin pensiya dəyəri itirmiş olur.

Bu, uzun müddətli əmanət yatırımlarına da aiddir.

Lakin ekspertlərə görə, investisiyalar həmişə qalxıb-düşür və bu uzunmüddətli yatırımların dəyərinə çox az təsir göstərə bilər.

“Bu xoşagələn xəbər deyil. Lakin bu, bazarlarda sürətli yüksəliş eyforiyasından sonra heç də gözlənilməz reaksiya deyil”, – Interactive Investor şirkətində investisiya şöbəsinin direktoru Rebecca O’Keefe bildirib.(BBC)

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …