Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Avropa Parlamenti Ukrayna üçün vizasız rejimi təsdiqlədi

Avropa Parlamenti Ukrayna üçün vizasız rejimi təsdiqlədi

Ukrayna vətəndaşları üçün Avropaya viza rejiminin ləğv edilməsi prosesinə başlanılıb.

Azinforum.az  xəbər verir ki, bununla bağlı Strasburqda qanunvericilik aktının təntənəli imzalanma mərasimi olub. Sənəd Avropa Parlamentinin prezidenti Antonio Tayani və Aİ Şurasında sədrlik edən Maltanın daxili işlər və milli təhlükəsizlik naziri Karmelo Abela tərəfindən imzalanıb.

Bununla da, 15 mart 2001-ci ildən bəri Ukrayna vətəndaşlarının Avropaya viza ilə daxil olması barəsindəki qərar qüvvədən düşüb. Yeni qərar Aİ-nin rəsmi mətbuatında dərc edildikdən 20 gün sonra qüvvəyə minəcək. Bu da təxminən iyunun 11-nə təsadüf edəcək.

Bununla da Ukrayna Moldova və Gürcüstandan sonra Aİ ilə vizasız rejimə nail olan “Şərq tərəfdaşlığı” üzrə 6 ölkədən üçüncüsü oldu. Moldova və Aİ arasında biometrik passport sahibləri üçün vizasız rejim 2014-cü ilin aprelindən, Gürcüstan və Aİ arasında isə 2017-ci ilin martından işləyir.

Bu gün sənədin imzalanması mərasimində Ukrayna prezidenti Petr Poroşenko da iştirak edib. P.Paraşenko bu hadisədən çox sevindiyini və bunun ölkəsi üçün böyük uğur olduğunu deyib.

“Biz buna nail olduq. Hər şey əladır, hər kəs məmnundur. Biz buradayıq, biz çox şadıq, hər kəs – siyasətçilər, jurnalistlər, 45 milyon ukraynalı məmnundur”, – deyə P. Poroşenko bildirib.

Qeyd edək ki, vizasız rejim Aİ-nin 22 üzv ölkəsini və ittifaqa üzv ölmayan 4 ölkəni (İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə), eləcə də Şengenə qoşulmaq üzrə namizəd ölkələri (Bolqarıstan,Kipr, Rumıniya, Xorvatiya) birləşdirən Şengen zonası ərazisində sərbəst hərəkəti nəzərdə tutur. Ukraynalılar Şengenin iştirakçı ölkələrinin ərazisində yarım il ərzində 90 gündən artıq qala bilməyəcəklər, bununla belə icazə verilmiş günləri fasiləsiz istifadə etmək mütləq deyil. Vizasız rejim Aİ ölkələrində işə icazəni vermir. Qısamüddətli səfərin məqsədi turizm, biznes, mədəniyyət tədbirlərində iştirak, eləcə də yaxınlara və qohumlara baş çəkmək ola bilər. Aİ sərhədini keçmək üçün Ukrayna vətəndaşlarına yalnız biometrik pasport lazımdır, bu sənəd olmadan Aİ-yə vizanı rəsmiləşdirmədən getmək mümkün olmayacaq. Bununla yanaşı, sərhədçilər əlavə sənədlər tələb etmək haqqına malikdirlər.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın