Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / İqtisadiyyat / Avronun manata qarşı məzənnəsi bu ilin ən aşağı səviyyəsinə enib

Avronun manata qarşı məzənnəsi bu ilin ən aşağı səviyyəsinə enib

Avqustun 19-da avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,9848 manat təşkil edib. Bu, cari il ərzində və ötən ilin noyabrın 4-dən bəri qeydə alınan ən aşağı göstəricidir.

“APA-Economics”in hesablamalarına görə, sonuncu dəfə avronun manata qarşı bundan aşağı məzənnəsi noyabrın 4-də qeydə alınmışdı – 1,9818 manat.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 5,3% ucuzlaşıb.

Avronun dollara qarşı ucuzlaşması da yeni mərhələyə qədəm vurub. ABŞ iqtisadiyyatının güclü və stabil bərpası, gəlirliliyin yüksəlməsi dollara yüksəldici, avrozonada isə böyümənin gözləniləndən daha ləng baş verməsi səbəbindən davam etdirilən yumşaq monetar siyasət isə avroya endirici təsir edir. Avropa Mərkəzi Bankının daha yumşaq monetar siyasətə meyl etməsi və faiz dərəcələrinin artırmaq üçün daha yüksək baryerlər seçməsi avronun Avropadaki baş verən iqtisadi bərpadan faydalanmağına imkan vermir. Hazırda dolların avroya qarşı məzənnəsi 1,1682 dollar təşkil edir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə görə, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 türk lirəsi 0,2005 manata, 1 Rusiya rublun məzənnəsi isə 0,0230 manata enib.

Həmçinin oxuyun

Azərbaycanda bu maşınların gömrük rüsumu ləğv olunmalıdır

Sentyabrın 15-dən etibarən Azərbaycanda “A-98 SUPER” və “A-95 PREMİUM” markalı benzin növlərinin qiymətində artım baş …