Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Ateistlərin qaldığı otelə hücum olub – 7 nəfər ölüb

Ateistlərin qaldığı otelə hücum olub – 7 nəfər ölüb

Somalinin paytaxtı Moqadişo şəhərində otelə silahlı hücum olub. ANS PRESS-in məlumatına görə, hücum nəticəsində 10 nəfər yaralanıb, 7 nəfər öldürülüb. Terror aktının “Əş-Şebab” qruplaşması tərəfindən törədildiyi bildirilir. Hücum təşkil edilən oteldəkilərin əksəriyyəti  xarici ölkə vətəndaşları olub. Silahlı şəxslər hücum etməmişdən əvvəl otelin qarşısında avtomobil partladıblar.

“Reuters” agentliyinin xəbərinə görə, “Əş-Şebab” qruplaşmasının rəsmisi Şeyh Abdi Ebu Musab otelə onların hücum etdiyini deyib.

Musab deyib ki, otelə dindən dönən hökumət üzvləri gəldiyi üçün oranı hədəf alıblar. Məlumata görə, otelin içərisində terrorçular və silahlılar arasında atışma davam edir. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları göndərilib. Şahidlər terrorçuların hər kəsə atəş açdığını deyiblər.

Bir müddət əvvəl Moqadişoda məktəb avtobusuna təşkil edilən hücum nəticəsində bir azərbaycanlı ölüb, ikisi isə yaralanmışdı. 

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank “batır”: “Expressbank”dan 25 milyon depozit geri çəkilib

“Expressbank” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.  “APA-Economics” banka istinadən xəbər verir ki, …

Bir cavab yazın