Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Atatürkün özü qədər sevilən imzasının tarixçəsi… – FOTOLAR

Atatürkün özü qədər sevilən imzasının tarixçəsi… – FOTOLAR

qurucusu Mustafa Kamal Atatürkün həyatı hər zaman maraq dairəsində olub. Atatürkün ən çox sevilən xatirələrindən bir onun imzasıdır.

Sizə tarixi şəxsiyyətin imzası haqqında maraqlı faktları təqdim edirik.

1934-cü ildə soyadlarla bağlı qanun qəbul edilmişdi. İlk olaraq Mustafa Kamala Atatürk soyadı verildi. Bunun ardından Türkiyə parlamentinin üzvləri Atatürkün adına layiq bir imzasının olmasını istədilər. Hazırda Türkiyədə Boğaziçi universiteti kimi tanınan, o dövrdə isə Robert kollecinin müəllimi olan Haqop Vahram Çerçiyana imzanın hazırlaması tapşırıldı.

Atatürk'ün İmzasının Az Bilinen Hikayesi

Haqop Vahram Çerçiyan Türkiyədə yaşayan erməni əsilli bir riyaziyyat müəllimi idi. O, müəllimliklə yanaşı, səliqəli əl yazması ilə də tanınırdı. Ona görə də bu işi ona həvalə etmişdilər.

Qərar qəbul edildikdən sonra Atatürkün özəl qələmi Çerçiyana çatdırılır. Çerçiyan da imza üçün hazırlıqlara başlayır.

O, 24 saat içərisində 5 imza hazırladı. Ona söylənildiyi vaxtda, səhər saat 08:30-da imzaları təqdim etdi.

Atatürk'ün İmzasının Az Bilinen Hikayesi

Hadisəni Haqop Çerçiyanın oğlu Dikran Çerçiyan bu cür izah edirdi: “ Məclisdəki millət vəkillərinin bir çoxu atamın tələbələri idi. Onlar Atatürkə gözəl bir hədiyyə verməyi qərara almışdılar. Səhər saat 8 radələri idi. Qapı döyüldü, anam açdı. Anam qapıdakı komissarları görüb həyəcanla atamı çağırdı. Atam onlarla getdi sonra geri döndü. Evə gəldiyində hər şeyi bizə izah etdi. Atam özü də çox həyəcanlı idi. Dərhal masanın başına keçib işləməyə başlamışdı. Həmin gecəni səhərə kimi atamı seyr edə-edə yuxuya getmişdim. Səhər oyandığımda masasın üzərində 5 imza nümunəsi hazır idi. Atam Atatürkü çox sevirdi, mən də həmçinin… Gördüyü işdən də fərəh hissi duyurdu”.

Daha sonra imzalar Atatürkə təqdim olundu. Mustafa Kamal Atatürk hazırlanan 5 imza içərisindən elə 5-cini seçib.

Картинки по запросу ATATÜRK'ÜN İMZASI

Atatürk 1934-cü ildən əvvəl, ərəb hərfləri ilə hazırlanan imzasından istifadə edirdi. İmzasını ərəb hərfləri ilə soldan sağa “M.Kamal” kimi yazırdı.

Onu da qeyd edək ki, son 10-15 il ərzində Türkiyədə yeni bir dəb yaranıb. Atatürkün imzasını bir çox insan qoluna döymə şəklində yazdırır. Bunu edənlər arasında məşhur sənətçilər də var. Bu döyməni etdirənlərin 80 faizi 20-35 yaş arası gənclərdir.

Картинки по запросу ATATÜRK'ÜN İMZASI

Hətta döymə sənətçiləri 29 oktyabr Respublika günündə Atatürkün imzasını qoluna çəkdirmək istəyənlərdən pul almır.Musavat.com

Atatürk'ün İmzasının Az Bilinen Hikayesi

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın