Ana səhifə / İqtisadiyyat / Atatürkün dəfnindən görünməyən kadrlar – FOTOLAR

Atatürkün dəfnindən görünməyən kadrlar – FOTOLAR

Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn mərasiminin indiyə kimi görünməyən fotoları yayılıb.

Marmaris bələdiyyəsinin arxivində saxlanılan fotolar bu gün Türkiyə mətbuatında dərc olunub. Fotoların ilk dəfə işıq üzü gördüyü bildirilib.

Məlumat üçün qeyd edək ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa Atatürk 1881-ci ildə Selanikdə doğulub, 10 noyabr 1938-ci ildə İstanbulda vəfat edib.

1914-1918-ci illərdə Osmanlı İmperiyasının I Dünya Müharibəsində məğlub olmasından sonra qalib dövlətlər – İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal edib. Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək 1919-cu il mayın 19-da Samsun şəhərində milli azadlıq hərəkatına start verib.

İyulun 14-də ordudan istefa verən Mustafa Kamal iyulun 23-də Ərzurum şəhərində böyük toplantı – Ərzurum Konqresini təşkil edib. Toplantıda “Ya istiqlal, ya ölüm!” şüarı ilə işğala qarşı mübarizənin başlanması qərara alınıb. 1920-ci il aprelin 23-də ölkənin hər tərəfindən gələn nümayəndələrin iştirakı ilə Ankarada Böyük Millət Məclisinin açılışı olub və Mustafa Kamal Məclisin sədri seçilib. 1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə ərazilərinin böyük hissəsinin işğalını rəsmiləşdirən təslimçi Sevr müqaviləsi imzalanıb. Təslimçiliyi qəbul etməyən və Mustafa Kamalın rəhbərliyi altında toplanan müqavimət qüvvələri işğalçılara qarşı Qurtuluş Savaşına başlayıb. 1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edilib. Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatıb. Böyük Millət Məclisi Mustafa Kamalı prezident seçib. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olunub. Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edilib. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanınıb. 1934-cü ildə TBMM Mustafa Kamala “Atatürk” soyadını verib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın