Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Atatürkün əmanətini ABŞ-a satdılar

Atatürkün əmanətini ABŞ-a satdılar

Türkiyədə Atatürk Meşə Təsərrüfatı ərazisində yerləşən 37 min kvadratmetrlik sahə yeni səfirlik binasının tikilməsi üçün ABŞ-a satılıb.

“Sözcü” xəbər verir ki, hazırda ərazidə tikinti-təmir işləri aparılır.

Memarlar İttifaqının Ankara Şöbəsi satış protokolunu istəsə də “kommersiya sirri” deyilərək rədd edilib.

Qeyd edək ki, Atatürk Meşə Təsərrüfatı 1925-ci ildə Mustafa Kamal Atatürkün göstərişilə yaradılıb. Ferma 1937-də Atatürk tərəfindən türk millətinə əmanət edilərək xəzinəyə bağışlanıb. Ərazi 1950-ci ildən sonra müxtəlif qurumlara satılıb. (AzVision.az)

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın