Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / İqtisadiyyat / “AtaBank-dan vəsaitlərini geri çəkmək və onun üzərində…”

“AtaBank-dan vəsaitlərini geri çəkmək və onun üzərində…”

Mərkəzi Bank AtaBank-la bağlı açıqlama verdi.
Bir neçə gün öncə AtaBank-dan depozitlərini geri çəkmək istəyən əmanətçilərin qarşılaşdığı problem barədə yazmışdım. Bu yazıda Mərkəzi Bankı prosesə müdaxilə etməyə və açıqlama verməyə çağırmışdım. 
Bu gün Mərkəzi Bank “AtaBank”a dair açıqlama verib. Açıqlamada bildirilir ki, Ölkə prezidentinin fərmanı ilə Azərbaycan Mərkəzi Bankı (AMB) vahid maliyyə nəzarəti və tənzimləmə qurumuna çevrildikdən sonra “AtaBank” ASC-də ilkin araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində “AtaBank”ın ciddi maliyyə dayanıqlığı və likvidlik problemləri ilə üzləşdiyi məlum olub. Bununla belə, bütün banklarda olduğu kimi “Atabank”da da əhalinin qorunan əmanətləri tam sığortalanıb. Hazırda AMB Bankda yaranmış vəziyyətlə bağlı kompleks təhlillər aparır və onların nəticəsi əsasında müvafiq təkliflər hazırlanacaq.
Mərkəzi Bankın gec də olsa açıqlama verməsini və araşdımalarının nəticələrini ictimaiyyətlə bölüşməsini təqdir edirəm. Eyni zamanda hesab edirəm ki, ən qısa zamanda əmanətçilərin və müştərilərin AtaBank-dan vəsaitlərini geri çəkmək və onun üzərində sərəncam vermək hüquqları təmin olunmalıdır. Bu Bankda gedən prosesləri müntəzəm olaraq diqqətdə saxlayacagıq. Əgər digər banklarda da eyni durumla üzləşən əmanətçilər və müştərilər varsa, bizi məlumatlandırsın ki, vaxtında həyacan təbili çalaq.
Qubad İbadoğlu, İqtisadçı alim

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …