Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / İqtisadiyyat / Astara-Rəşt dəmir yolunun tikintisi “Şimal-Cənub” layihəsinin cəlbediciliyini artıracaq

Astara-Rəşt dəmir yolunun tikintisi “Şimal-Cənub” layihəsinin cəlbediciliyini artıracaq

Astara-Rəşt dəmir yolunun tikintisi “Şimal-Cənub” layihəsinin cəlbediciliyini artırmağa kömək edəcək.

Bunu Trend-ə “RJD Logistika” şirkətinin baş direktorunun birinci müavini Eduard Alırzayev deyib.

E.Alırzayev bildirib: “Yəqin ki, “Şimal-Cənub” layihəsinin qarşısında dayanan əsas maneə Astara-Rəşt dəmir yolu sahəsidir. Burada yükləri dəmiryolu nəqliyyatından avtomobil nəqliyyatına keçirmək lazım gəlir. Bu isə daşınma müddətinin artmasına və nəql olunan yüklərin nomenklaturasının azalmasına gətirib çıxarır”.

E.Alırzayevin sözlərinə görə, həmin sahənin istifadəyə verilməsi layihənin inkişafında müsbət rol oynayacaq:

“Daşınmaların müddətini və dəyərini azaltmaq mümkün olacaq. Sirr deyil ki, quru yolla yük daşımaları dəniz daşımalarından baha başa gəlir. Bununla belə, prioritet malların çatdırılma müddətidir. “Şimal-Cənub” layihəsi tam gücü ilə işə düşdükdən sonra yük daşıyıcıları bu marşrutun dəniz daşımalarından üstünlüyünü görəcəklər”.

Həmçinin oxuyun

Ərzaq məhsullarının dəyəri artıb — RƏSMİ

Bu ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə, 0,5 faiz …