Bazar ertəsi , İyul 13 2020
Ana səhifə / İqtisadiyyat / AŞPA Sərsəng su anbarı ilə bağlı qətnaməni qəbul edib

AŞPA Sərsəng su anbarı ilə bağlı qətnaməni qəbul edib

Ermənistan nümayəndə heyətinin sənədə 20-dən çox təklifi rədd olunub

AŞPA-nın qış sessiyasının yanvarın 26-da keçirilən iclasında deputatların səs çoxluğu ilə (98 lehinə, 71 əleyhinə) Bosniyalı deputat Melitsa Markoviçin “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin sudan qəsdən məhrum edilməsi” adlı qətnaməsi qəbul edilib.

Məruzədə Ermənistan hakimiyyətinə su resurslarından “siyasi təsir aləti kimi” istifadə etməyə son qoymaq çağrışı yer alır. Su bəndinə 20 ildən çoxdur müntəzəm texniki xidmət olmadığına görə Sərsəng su anbarında vəziyyət “bütün sərhədyanı bölgə üçün təhlükə yaradır”, deyə məruzədə qeyd edilir.

Sərsəng su səddi köhnəlmiş vəziyyətdədir ki, bu da humanitar və ekoloji problem yaradır və “çox sayda insan tələfatına səbəb olacaq qəzaya” gətirib çıxara bilər. Bu problemin həlli üçün AŞPA Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasına çağırıb. Bu, mühəndislərin və hidroloqların ətraflı araşdırma üçün obyektə çıxışını təmin etməyə imkan verəcək.

Bundan başqa, su anbarına, Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə, payız-qış dövründə su buraxılması qrafikinə beynəlxalq nəzarət tələb olunur.

Sənəddə Ermənistan hakimiyyətindən su resurslarından “siyasi təsir və ya təzyiq aləti kimi” istifadəyə son qoymaq xahişi yer alır.

Bugünki müzakirələr zamanı Ermənistan nümayəndə heyəti sənədə 20-dən çox düzəliş, o cümlədən məruzənin adının daha yumşaq adla əvəz olunmasını təklif edib. Lakin demək olar ki, bütün düzəlişlər rədd olunub.

Turan İA

Həmçinin oxuyun

Məmurlara məxsus olan “karxana”lar niyə mədən vergisi vermirlər?

Ölkə bələdiyyələri ötən il yerli əhəmiyyətli tikinti materiallari üzrə mədən verigisindən 1.198.000 manat maliyyə vəsaiti …

Bir cavab yazın