Şənbə , Noyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / Arvadından xəbərsiz gəzməyə gedən itkin mer tapıldı

Arvadından xəbərsiz gəzməyə gedən itkin mer tapıldı

Rusiyada itkin düşmüş mer Pavel Plotnikov tapılıb.

ANS PRESS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin Mari El Respublikası üzrə Baş İdarəsindən bildirilib ki, Plotnikov sağdır. Merin ailəsinin yanında olduğu və səhhətində hər hansı problemin olmadığı bildirilir.

Məlumatda bildirilir ki, Rusiya Rusiya Federasiyası Mari El Respublikasının paytaxtı Yoşkar Olanın meri Pavel Plotnikov ailəsinə xəbər vermədən dostları ilə həftə sonu istirahət etməyə gedib.

Pavel “itkin düşmədən” öncə dostunun bahalı “Lexus” markalı avtomobilini onun razılığı ilə götürür və fitnes kluba gedəcəyini deyir. “İtkin düşdükdən” sonra maşın fitnes klubun dayanacağında tapılsa da, mer içində olmur.

Ərinin gecə evə geri dönmədiyini görən və onunla telefon əlaqəsi saxlayan bilməyən həyat yoldaşı Yoşkar Ola merinin itkin düşməsi barədə polisə xəbər verib. Qadın aprelin 17-dən 18-nə keçən gecə polis bölməsinə gələrək, həyat yoldaşı barəsində heç bir məlumat ala bilmədiyini bildirib.

Şəhərin bütün post-patrul, dövlət avtonəqliyyat və xüsusi mühafizə xidmətinin əməkdaşları merin axtarışlarına cəlb olunmuşdu.

Pavel Plotnikov 31 oktyabr 2014-cü ildən Yoşkar Ola şəhərinin meridir. O, əvvəllər də şəhər administratorluğunda işləyib. Merin adı vəzifə səlahiyyətlərini aşmaqda, dövlət büdcəsinə ziyan vurmaq kimi cinayət işlərində hallanıb. Konkret olaraq 21 milyon rubldan çox vəsaitin mənimsənilməsində əsas fiqurant olaraq tanınırdı.

Lakin keçən ilin sonlarında Pavel Plotnikova qarşı başlanan cinayət işi dayandırılır. Bu ilin fevralından isə Mari El prokurorluğu Yoşkar Ol şəhərinin merinə qarşı cinayət işini yenidən qaldırmağa qərar verir.

Həmçinin oxuyun

Nöqsanlara yol vermiş sahibkarlar cəzalandırıldı

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda …

Bir cavab yazın