Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “Arvadım məni boşasın, uşaqlarım soyadını dəyişsin” – Qiyamçı generaldan etiraflar

“Arvadım məni boşasın, uşaqlarım soyadını dəyişsin” – Qiyamçı generaldan etiraflar

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi zamanı prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücumu təşkil edən general-mayor Gökhan Sönmezateş hər şeyi etiraf edib.

Türkiyə prezidenti oteldən çıxdıqdan qısa müddət sonra otelə edilən hücumun təşkilatçısı Sönmezateş ora Ərdoğanı tutmaq üçün gəldiklərini bildirib: “Çevriliş həyata keçirmək istəyən heyətin tərkibində idim. Marmarisə prezident Rəcəb Tayyib Ərdoğanı tutmaq üçün getdik. Bunun cəzasının edam olduğunu bilirəm. Ancaq qətiyyən “Gülən camaatın”dan deyiləm. “Gülən camaatı” tərəfindən aldadıldım”.

“Arvadıma xəbər verin, mənə boşanma iddiası açsın”

Heç vaxt “Gülən camaatı” arasında yer almadığını bildirən general-mayor prokurorluq nümayəndələrindən xüsusi bir istəyi olduğunu da bildirib: “Həyat yoldaşıma xəbər verin mənə boşanma iddiası açsın. Çünki mən böyük bir günah etdim. Uşaqlarım soyadlarını dəyişdirsin”.

“Sağ ya da ölü Ankaraya gətirin” tapşırığı vermişdi

Məlumata görə, general-mayor Gökhan Sönmezateş Marmarisdə prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə basqına gedən 14-ü xüsusi qüvvələr, 13-ü axtarış-xilasetmə heyəti və 2-si SAT desantdan ibarət olan dəstəyə başçılıq edib.

Sönmezateşin hərbi çevriliş gecəsi verdiyi açıqlamada rəhbərlik etdiyi heyətə verdiyi tapşırıq diqqət çəkmişdi: “Ölkədə hazırda bir çevriliş baş verib. Biz Baş Qərargaha bağlıyıq. General Hulusi Akarın əmr və göstərişlərinə yönəlik vəzifə daşıyırıq. Marmarisdə otellərin birincə qalan cənab prezident Rəcəb Tayyib Ərdoğanı mümkünsə sağ, son çarə ölü olaraq Ankaraya gətirin. Lazım gələrsə ölün, amma prezidenti Ankaraya aparın”.

AzNews.az

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın