Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / ARDNF Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirləri açıqlayıb

ARDNF Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirləri açıqlayıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) neft-qaz yataqları bloku və Şahdəniz yatağı üzrə bu ilin avqustun 1-nə qədərki gəlirləri açıqlayıb.

Fonddan verilən məlumata görə, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 134 107 milyon ABŞ dolları təşkil edib.

Bu ilin 7 ayı üzrə AÇG yatağından – 5 621 milyon ABŞ dolları gəlir götürülüb.

O cümlədən, bu ilin 7 ayı üzrə Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 94 milyon ABŞ dolları olub.Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən): 2 506 milyon ABŞ dolları olub.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …