Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / İqtisadiyyat / “ARAZ SUPERMARKET” və “FAVORİT MARKET” şəbəkələri birləşir: Kim-kimi “uddu”?

“ARAZ SUPERMARKET” və “FAVORİT MARKET” şəbəkələri birləşir: Kim-kimi “uddu”?

Ölkənin iki tanınmış supermarket şəbəkəsi birləşmək haqda qərar qəbul ediblər. Azinforum.az-a daxil olan məlumatda bildirilir ki,  2011-ci ildən fəaliyyətə başlayan “ARAZ SUPERMARKET” və 2008-ci ildən fəaliyyətdə olan “FAVORİT-MARKET” şəbəkələri birləşərək pərakəndə sektorda birgə fəaliyyətə qərar verdi:

“Qeyd edək ki, sözügedən birləşmə ölkə iqtisadiyyatında bazarın bu sektorunun inkişafına xidmət etməklə yanaşı, tədarükçülərlə istehlakçılar arasında körpü rolunu oynayaraq, müştəri məmnuniyyətinin, supermarket mədəniyyətinin daha da yüksəldilməsinə müsbət təsir göstərəcək.
Dünya təcürbəsinə istinad edərək söyləyə bilərik ki, bu cür birləşmələr pərakəndə sektorun inkişafına səbəb olur. Pərakəndə sektorun inkişafı öz növbəsində yerli istehsalın artmasında mühüm rol oynayır. Yerli istehsal sektorunun inkişafı isə ölkə iktisadiyyatının əsas təkan verici qüvvəsi hesab olunur”.

Ancaq yayılan məlumatda məsələnin düşündürücü və suala səbəb olan  tərəflərinə ətraflı aydınlıq gətirilmir. Məlum olduğu kimi, son illər ərzində bu iki supermarket şəbəkəsi arasında ciddi rəqabət olub. Hər halda,  əzəli rəqiblərin bu gün birləşməsi onu deməyə əsas verir ki,  brendlərdən hansısa rəqabətə tab gətirə bilməyərək digərinə təslim olub.  Ən əsası isə birləşmiş şəbəkənin  gələcəkdə hansı ad altında fəaliyyət göstərəcəyi  böyük maraq doğurur. Hər halda, adını qoruyub saxlaya biləcək brendi bu prosesin qalibi saymaq olacaq. Dünya praktikasından bəllidir ki, anoloji situasiyalarda birləşən brendlərin adları da bir-birilə sintez olunur və  ortaya  yeni bir ad  çıxır. Gözləyək görək, burda necə olacaq?

Məsələyə sırf iqtisadi aspektdən yanaşdıqda məlum olur ki, bu prosesdə qəbahətə səbəb olan nəsə yoxdur və buna təmərküzləşmə deyilir.

Azinforum.az

Həmçinin oxuyun

Şəhid ailələri və qazilərə veriləcək təqaüd məbləği sabit olmamalıdır (ŞƏRH)

Açıqlanan məbləğlər ilkin gözləntilərə tam cavab vermir”.Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın bütövlüyü uğrunda şəhid olan …