Cümə , Sentyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / “Araz” marketlər şəbəkəsindən NARAZILIQ

“Araz” marketlər şəbəkəsindən NARAZILIQ

Binə qəsəbəsində yaşayan Vahid Məsimov “ARAZ” Supermarket şəbəkəsindən narazılıq edir. DİA.AZ edilən şikayətin mətnini olduğu kimi diqqətə çatdırır:

“Hər zaman alış-veriş etdiyim Araz Supermarketdən (Binə-1) 5 avqust tarixində alış-veriş etdik. Evə gəldikdən sonra #uşaq qidasının vitrin qiyməti 13.05 #AZN olduğu halda, #kassa qəbzində 13.99 #AZN olduğunun şahidi oldum. Binə-1 Araz Supermarketə qayıdaraq, hadisəni izah etdim və məhsulun geri qaytarılması istədim. Kassada mənə 12.53 AZN qaytarılacağı barədə #Administrator bildirəndə, haqlı olaraq etiraz edib, məhsul üçün 13.99 AZN ödədiyim təqdirdə nə üçün 1.46 AZN az ödənilməsinin #səbəbini soruşdum. Adminstrator (Binə-1), “Promo olduğu üçün belə olub. Normal bir şeydir. Sistem belə göstərir, belə olmalıdır” dedi.
#Suallarım Araz Supermarket və Veysəloğlu MMC məsul şəxslərinədir:
1. Heç bir endirim və promo olmayan uşaq qidası vitrində 13.05 AZN olduğu halda, necə olur ki, kassada məhsul “sehirli” şəkildə 13.99 AZN olur?
2. 13.99 AZN ödənilən bir məhsulu müştəri sizin səhviniz ucbatından yalnış vitrin qiyməti saxlanılması səbəbilə, haqqlı olaraq geri qaytarmaq istəyəndə, nə səbəbə məhsulu müştərinin ödədiyi qiymət (13.99 AZN) deyil də, öz sistem qiymətinizə (12.53 AZN) geri qaytarmaq istəyirsiniz?
3. Narazılıq- münasibətin davamına təklif kimi xəbərdarlıqdır. Haqlı narazı olan müştərini dinləyib, yeni yanaşma və mövqe təyin etmək əvəzinə, “#Normal şeydir, sistemdə belədir!” deyib məsuliyyəti üzərindən atan rəhbər heyətinizə nə deməli?
P.S. 8 illik müştərinizi itirdiniz. Səbəb isə sadədir:
1. Qeyri-peşəkar heyət;
2. Doğru ünsiyyət texnikasından xəbərsiz mağaza rəhbərliyi;
3. Haqqlı etiraz və şikayətlə işləmək səriştəsi olmayan əməkdaşlarınız.
#Nəticə…
Sonda uzun-uzadı əsəbdən sonra ödədiyim məbləğ geri qaytarıldı. Sadəcə, “Üzr istəyirik, yalnışlıq olub, sizin məbləğinizi geri qaytarırıq, buyurun” deyilsəydi, hər şeyi normal qəbul etmək olardı. İtirdiniz!
“Sağol”, Araz!!!”

Həmçinin oxuyun

Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb? – SƏNƏDLƏR

Ötən ilin dekabr ayında Böyük Britaniyada “Agro Group Ltd” adlı şirkət təsis olunub.Yeniavaz.com Böyük Britaniyanın …