Ana səhifə / İqtisadiyyat / “Araz” marketin endirim FIRILDAĞI – “Təchizatçılara 28 milyon dollar borcludurlar” – FOTOFAKT

“Araz” marketin endirim FIRILDAĞI – “Təchizatçılara 28 milyon dollar borcludurlar” – FOTOFAKT

“Araz” supermarketlər şəbəkəsindən şikayətlər səngimək bilmir. Şikayətlərin çoxu ya endirim kampaniyası adı altında müştərilərə kələk gəlinməsi, ya da kassada malın üzərində yazılan qiymətlə kassirin kompüterə vurduğu qiymət arasındakı uyğunsuzluqla bağlı olur. 

Bu dəfə “Araz” supermarketlər şəbəkəsinin endirim fırıldağı iə bağlı məsələ gündəmə gəlib.

Babək prospektində yerləşən “Araz” supermarketlər mağazasında məhsullara böyük hərflərlə endirimlər qeyd olunub. İnsanlar endirim adı ilə məhsulları alır, çoxu isə kassada qiymətə fikir verməyərək aldanır.

Əslində isə heç bir endirim yoxdu. Kimsə endirim elanını görüb, yararlanmaq istəyəndə isə kassada endirimin iki gün sonraya aid olduğu deyilir. Halbuki sol küncdə xırda hərflərlə iki gün sonra endirim olacaq tarixi qeyd edilib.

Yəni iki gün sonra olası endirimi indidən elan edib milləti aldadırlar, heç kim də o xırda yazını görmür, iri yazılmış endirimi görüb alıb aldanır.

Buna bənzər analoji hal bu gün “Araz” supermarketlər mağazasının Hövsan qəsəbəsi Elçin Məmmədov 5k. küçəsindəki filial mağazasında yaşanıb. Müştərilərdən birinin saytımıza şikayətinə görə limonun üzərində 2 manat 99 qəpik yazıldığı halda, kassada qiymət 3 manat 49 qəpikdən hesablanıb. Müştəri etiraz edəndə isə “qiymətlər bahalaşıb” deyə bildirilib. 

O zaman bahalaşan qiymət məhsulun üzərindəki vitrin lövhəsində niyə yenilənməyib?  

Qeyd edək ki, bənzər hala “Araz” supermarketlər şəbəkəsinin demək olar ki, bütün filiallarında zaman-zaman rast gəlinir. Qarşısını almaq üçün isə heç bir çaba göstərilmir. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə iri marketlər həm də müştəriləri başqa metodlarla aldadır:

“Bir qrup malı endirimə qoyurlar. Orada böyük və kiçik həcmli məhsul yer alır. İstehlakçı məhsulu götütüb kassaya yaxınlaşanda ona bildirirlər ki, endirim götürdüyü məhsula deyil, başqa mala aiddir.

Geniş yayılmış əsas problem vitrindəki qiymətlə kompüterdəki qiymətlərin eyni olmamasındadır. Bir qayda olaraq vitrində qiymət aşağı, kassada isə yuxarıdır. Bütün  bunlar süni qiymət artımı deyilən anlayışdan doğur. 
Ümumiyyətlə, marketlər istehlakçı hüquqlarını pozan ciddi özbaşınalıq mənbəyidir. Mənə bu gün kolbasa istehsalçısı məlumat verib ki, biz marketlərin qiymət təzyiqinə məruz qaldığımız üçün şəbəkədən çıxmağa məcbur qaldıq. Marketlər malların üzərinə əlavə 20-25 faiz qiymət qoyurlar. 

Əksər hallarda təchizatçılardan hazır gəlirdən 20 faiz geri götürürlər. Bir sözlə marketlər təxminən malların qiymətinin artmasında 40 faizə qədər rol oynayırlar. Ölkə başçısı özünün iqtisadi yığıncaqlarında dəfələrlə qeyd edib ki, süni qiymət artımı, inhisarçılıq və karpel sövdələşmələri var. Lakin bu işlərə cavabdeh olan dövlət qurumu bunların qarşısını almaq üçün heç bir iş görmür”.  

Eyyub Hüseynov əlavə edib ki, dəfələrlə Sahibkarlar Konfederasiyası ilə iş aparmaq istəyiblər ki, marketlər üçün xüsusi qaydalar hazırlansın:

“Sahibkarlar Konfederasiyasından isə heç bir reaksiya verilməyib. Rusiya, Türkiyə və digər ölkələrin təcrübəsi göstərir ki, marketlər müəyyən həddən artıq qiymət tətbiq edə bilməzlər. Ümumiyyətlə marketlər təchizatçıları ağır bir vəziyyətə salıblar.

Marketlər şəbəkəsi var ki, təchizatçılara 28 milyon dollara qədər pul borcludur. Pul dövriyyədə olmalıdır ki, təchizatçılar öz istehsallarını genişləndirsinlər. 

Çox təssüflər olsun ki, hökumət marketlərlə bağlı heç bir iş aparmır. Onlar istədikləri kimi təchizatçılarla davranır. Bu da süni qiymət artımın və ya müştəri aldatmalarına səbəb olur. Marketlərlə bağlı qaydalar tətbiq olunmalıdır ki, qayda-qanunlarla iş görsünlər. Bütün bu halların nəticəsi istehlakçının başında çatlayır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə illərdir ki, susur. Azərbaycanda bu problem o qədər dərinləşib ki, qarşısını almaq mümkünsüz olub. Ona görə də marketlər üçün hüquqi sənəd əldə olunmalıdır”.

Həmçinin oxuyun

Azərbaycanda tikinti materialları ucuzlaşdı – VİDEO

Bəzi tikinti materialları ucuzlaşıb.  Sahibkarlar bildiriblər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində …