Ana səhifə / İqtisadiyyat / Araz Ağalarov: “Devalvasiya hər şeyi alt-üst etdi…”

Araz Ağalarov: “Devalvasiya hər şeyi alt-üst etdi…”

Rusiyada rublun devalvasiyası, dolların kursunun qalxması futbol üzrə 2018-ci il Dünya Çempionatının keçirilməsi üçün nəzərdə tutulan stadionların tikintisi ilə məşğul olan podratçıları ciddi ziyana salıb.

Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, belə podratçılardan biri də tanınmış azərbaycanlı milyarder, “Crocus Group” şirkətinin prezidenti Araz Ağalarovdur. Ağalarovun şirkəti Rostovda və Kalininqradda iki stadionun tikintisini həyata keçirir.

“Rublun devalvasiyası hər şeyi alt-üst etdi. Devalvasiya üzündən podratçılardan heç biri təsdiq olunmuş büdcə ilə bu işlərin öhdəsindən gələ bilməyəcək. Hazırkı kursla bir obyektin tikintisi təxminən 200 milyon dollara başa gəlməlidir. FİFA tarixində belə şey olmayıb. Bundan əvvəl çempionatı qəbul edən Braziliyada bir stadionun tikintisi 400 milyon dollara başa gəlmişdi. Hələ onlarda iqlim şərtləri bizdən xeyli yaxşıdır”-Ağalarov deyib.

Ekspertlər hesab edirlər ki, belə getsə podratçılardan bir çoxu tikintini yarımçıq qoyub gedəcəklər.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın