Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / “Aquavita” şirkətində narazılıq – İşçilər maaş üzünə həsrət qalıb

“Aquavita” şirkətində narazılıq – İşçilər maaş üzünə həsrət qalıb

“TAC” MMC (“Aquavita”) şirkətində narazılıq yaranıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Məlumatda deyilir ki, şirkət bir neçə aydır işçilərin maaşını vermir. Noyabr ayı başa çatmaq üzrə olsa da, şirkətin işçiləri avqustun ayının maaşını bu günlərdə alıblar. Bildirilir ki, narazılıq edən işçilər şirkətdən çıxarılır. Şirkəti işçilər arasında krediti olanların, kirayə yaşayanların olması da maraqlandırmır. Maaşların hansı səbəbdən gecikdirildiyi də bəlli deyil. Heç bir şikayətə baxılmır. Hətta dövlət qurumlarına edilən şikayətlərin də nəticəsi olmayıb. Məsələni ictimailəşdirmək istəyənlər isə işdən qovulacaqları ilə hədələnir. Bu baxımdan işçilər problemlərini anonim şəkildə sosial şəbəkələrdəki iri səhifələr vasitəsilə ictimailəşdirmək məcburiyyətində qalıblar.

Deyilənlərlə bağlı şirkətdən mövqe öyrənmək mümkün olmayıb.

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …