Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / “Aqroservis”in 24 minlik tenderini yenə REAL TV uddu

“Aqroservis”in 24 minlik tenderini yenə REAL TV uddu

“Aqroservis” ASC tərəfindən keçirilən növbəti tenderin qalibi  REAL TV (“Real Təhlil İnformasiya Mərkəzi” MMC) olub.
Belə ki, “Aqroservis” ASC “Məlumat və reportajların televiziya yayımı xidmətlərinin satınalınması” ilə əlaqədər  REAL TV ilə müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 23 min 640 manatdır.
Məlumat üçün bildirək ki, “Real Təhlil İnformasiya Mərkəzi” MMC (VÖEN – 1503952561) 22.02.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 12, ev 21 ünvanında yerləşir. “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin qanuni təmsilçisi Mirşahin Ağayevdir.
Qeyd edək ki, “Aqroservis” ASC hər il eyni məqsədlər üçün REAL TV-yə vəsait ayırır. Bu məbləğ 2021-ci ildə 34 min 500, 2022-ci ildə isə 23 min 640 manat olub.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …