Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Antidopinq Agentliyi tender keçirmədən 660 min manatı Türkiyə şirkətinə ödəyəcək

Antidopinq Agentliyi tender keçirmədən 660 min manatı Türkiyə şirkətinə ödəyəcək

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 659 min 900 manat dəyərində satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Antidopinq Agentliyi satınalma müqaviləsini Türkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən “Turkish Doping Control Center” adlı antidopinq analizi Iaboratoriyası ilə bağlayıb.
Məlumatda bildirilir ki, müqavilə “Dövlət satınalmaları haqqında” Qanununun 49.1.1-ci maddəsinə uyğun olaraq imzalanıb.
Qeyd edək ki, Qanunun qeyd olunan maddəsi satınalmaya o halda icazə verir ki, satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda.
Məlumat üçün onu da bildirək ki, “Turkish Doping Control Center” Ümumdünya Antidopinq Agentliyində (ÜADA) akkreditə olunan yeganə laborotariya deyil. Hazırda dünyada ÜADA tərəfindən akkreditə olunan onlarla laborotariya fəaliyyət göstərir.  “Turkish Doping Control Center” də Türkiyənin Hacettepe Universiteti tərəfindən qurulan həmin antidopinq analizi Iaboratoriyalarından biridir.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …