Bazar , Yanvar 24 2021
Ana səhifə / İqtisadiyyat / “ANS”in vitse-prezidenti yeni şirkət açdı

“ANS”in vitse-prezidenti yeni şirkət açdı

“ANS Şirkətlər Qrupu” MMC-nin vitse-prezidenti, tanınmış jurnalist Seyfulla Mustafayev yeni şirkət yaradıb.

Söhbət “İNS ÇM” MMC-dən gedir. 

Yeni kommersiya qurumunun adı 2016-cı ilin iyul ayına qədər adı çəkilən holdinqin tərkibində fəaliyyət göstərmiş Milli Qəhrəman Çingiz Mustafayev adına “ANS ÇM” radiosunu xatırladır. Milli Televiziya və Radio Şurası bu günlərdə həmin radionun vaxtilə yayımlandığı 102FM tezliyini müsabiqəyə çıxarıb.

Vergilər Nazirliyinin məlumatına görə, “İNS ÇM” noyabrın 12-də dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, ev 174, mənzil 62, nizamnamə kapitalı 100 manatdır. /report

Həmçinin oxuyun

Ötən il azərbaycanlılar Türkiyədə 1279 ev alıb

2020-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 1279 daşınmaz əmlak alıb. Türkiyə Statistika Komitəsi bildirir ki, ötən …