Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / ANS-in Gülənlə müsahibəsindən sonra Ərdoğandan SƏRT AÇIQLAMA

ANS-in Gülənlə müsahibəsindən sonra Ərdoğandan SƏRT AÇIQLAMA

Türkiyə  prezidenti Rəcəb Tayyib Ərdoğan  dünya mediasına səslənib. Ölkə başçısı ötən gün keçirdiyi mitinqdə bunları deyib:
“Ey dünya mediası, sizə səslənirəm, bizə yaxın və uzaq olan ölkələrin media qurumlarının məsul şəxslərinə səslənirəm. ABŞ-da qoşa qüllələrə terror hücumu zamanı, bir dövlətin media qurumunun nümayəndəsi Ben Ladendən müsahibə alsaydı buna necə baxardınız? İndi ABŞ-da 400 kv.m ərazidə məskunlaşan terroçu ilə, Türkiyədə qiyama cəhd edən biri ilə gedib reportaj hazırlayanlara qarşı bizim münasibətimiz necə isti ola bilər?”.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının yaydığı məlumata əsasən ANS terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirməsi, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürməsi, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışması və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atdığı üçün müvəqqəti olaraq bağlanıb. (baku.ws)

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın