Ana səhifə / İqtisadiyyat / Ankarada daha bir dəhşətli terror aktı törədildi…

Ankarada daha bir dəhşətli terror aktı törədildi…

Az əvvəl Ankarada daha bir dəhşətli terror aktı törədilib.

Virtualaz.org Türkiyə telekanallarına istinadən xəbər verir ki, Ankaranın mərkəzində, Qızıl Ay meydanı yaxınlığında törədilən terror aktı nəticəsində onlarla adamın həlak olduğu təxmin edilir. Partlayış Güven Park avtobus dayanacağında çox güman ki, “canlı bomba” tərəfindən törədilib. Telekanallar hadisə yerindən dəhşətli kadrlar yayır, kadrlara əsasən bir neçə sərnişin avtobusu, onlarla minik avtomobili darmadağın olub. Hadisə yerinin yaxınlığında ticarət mərkəzi yerləşir. Bu baxımdan ölənlərin sayının həddən artıq çox olduğu təxmin edilir. Rəsmilər hələlik hadisə barədə açıqlama verməyiblər. Hadisə yerinə polis və təcili yardım briqadaları göndərilib. Xəbər yenilənir…

 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın