Ana səhifə / İqtisadiyyat / Ankara terrorunun şahidi: «Kamikadzeni gördüm»

Ankara terrorunun şahidi: «Kamikadzeni gördüm»

Ankaradakı terrorda yaralananlardan Əbdülsəlim Altun mitinqdəki «canlı bombanı» gördüyünü deyib.

Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ə.Altunun atası Mehmet Ali Altun açıqlama verib.

O bildirib ki, aksiyadakı kamikadze çiynində çantası olan saqqalı bir nəfər olub: «Oğlum onu görüb. Deyir ki, mən «bomba» deyən kimi bu adam təşvişə düşüb qaçdı. Amma əlindəki çantanı yerə qoyub nəyəsə toxundu və od püskürdü».

Atası deyir ki, hazırda Ankaradakı Nümunə xəstəxanasında olan Ə.Altunun üzü, saçı və paltarları yanıb: «Canlı bomba» ölüb, yoxsa ölməyib, bilmirəm. Amma bütün dünya bilsin ki, oğlum onu görüb».

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın