Ana səhifə / İqtisadiyyat / Ankara terrorunu həyata keçirənin kimliyi müəyyən olundu

Ankara terrorunu həyata keçirənin kimliyi müəyyən olundu

Ankarada 34 nəfərin ölümü, 125 nəfərin də yaralanması ilə nəticələnən terror aktını törədənlərdən birinin kimliyi müəyyən olunub.

Avropa.info xəbər verir ki, hadisə yerindən götürülən dəlillər terrorçunun Balıkəsir universitetinin tələbəsi olduğunu ortaya çıxarıb.

Partlayış zaman külə dönən BMW markalı avtomobildən götürülən cəsəd parçalarını və barmaq izini araşdıran polis terrorçunun Səhər Çağla Dəmir olduğunu müəyyən edib. Məsələ ilə bağlı araşdırma davam etdirilir.

Balıkəsir universitetinin tələbəsi olan Dəmir digər 4 qız tələbə Balıkəsir 2-ci Ağır Cəza Məhkəməsində PKK terror təşkilatının üzvü və təbliğatçısı olmaqda ittiham olunaraq mühakimə olunur.

Dəmir ilə birlikdə Həmidə Saklı, Kader Saklı, Süreyya Saklı adlı üç bacı və Yeşim Akyürekli adlı tələbələrin son məhkəmə iclası 2015-ci ilin dekabr ayında keçirilib və iddia qərar qəbul etmək üçün təxirə salınıb.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın