Ana səhifə / İqtisadiyyat / Ankara terroronu törədən tələbə qızın fotosu yayıldı – FOTO

Ankara terroronu törədən tələbə qızın fotosu yayıldı – FOTO

Ankaranın mərkəzi Qızılay meydanı səmtində bombalı hücumu təşkil edən şəxsin kimliyinin müəyyən olunduğu iddia edilib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Sabah” qəzetində yer alıb.
Axtarışların ilkin nəticəsinə görə, həmin şəxsin Balıkəsir universitetinin tələbəsi S.Ç.D. olduğu iddia edilib.
Xəbər verilir ki, həmin tələbə turizm ixtisası üzrə təhsil alıb.
O da bildirilir ki, şübhəli şəxs 2013-cü ildə Balıkəsir şəhərindən getsə də, universitet ilə əlaqələrinə davam edib.
Məlumata əsasən S.Ç.D. PKK terror qruplaşmasına üzv olması və təbliğat aparması ilə bağlı Balıkəsir 2-ci Cəza Məhkəməsində mühakimə də olunub.
 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın