Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Anar Məmmədovun məşhur jurnalı bağlandı

Anar Məmmədovun məşhur jurnalı bağlandı

“Garant Holding” şirkətlər qrupunun rəhbəri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Amerika Azərbaycan Alyansının rəhbəri Anar Məmmədovun təsis etdiyi jurnal “National Geographic Azerbaijan” fəaliyyətini dayandırıb.

” Azinforum.az ” AzNews.az-a istinadən xəbər verir ki, jurnalın işçilərinə artıq bu barədə məlumat verilib. Bildirilib ki, jurnal bundan sonra nəşr olunmayacaq. Həmçinin, işçilərə özlərinə yeni iş yeri tapmaları tövsiyə olunub. İşçilər artıq bu aydan etibarən ofisə getmirlər. Aldığımız məlumata görə, jurnalın bir neçə nömrəsi əvvəlcədən hazırlanıb və nömrələri nəşr olunub satışa buraxıldıqdan sonra redaksiyanın fəaliyyətinə son veriləcək.

Başqa bir məlumata görə, A.Məmmədovun azyaşlı oxucular üçün nəzərdə tutulan “National Geographic Kids” jurnalı da artıq fəaliyyətini dayandırıb. Jurnalların bağlanmasına səbəb kimi isə maliyyə problemi göstərilir.

Məsələ ilə bağlı “Garant Media Holding”in İdarə Heyətinin sədri Elnur Baimovla əlaqə saxladıq. Lakin o, məsələlərlə bağlı hər-hansı şərh vermək istəmədiyini bildirib.

Məlumat üçün bildirək ki, jurnalın son buraxılışı noyabr ayında dərc olunub.

Xatırladaq ki, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur “National Geographic”in Azərbaycan dilində nəşr olunması ilə bağlı ötən ilin mart ayında “Garant Media Holdinq” şirkəti ilə ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti (The National Geographic Society) müqavilə imzalanıb.

Anar Məmmədovun məşhur jurnalı bağlandı

 

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın