Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin keçirdiyi açıq tender müsabiqələrinin qalibi bəlli olub.
Agentliyin 141 min 621 manat 24 qəpik və 158 min 838 manat 62 qəpik dəyərindəki iki tenderini də “Avto təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN – 2100223801) udub.
Şirkət sözügedən məbləğlər qarşılığında nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin və servis xidmətlərinin satın alınması xidmətlərini verəcək.
Qeyd edək ki, “Avto təmir” MMC 6 sentyabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli , ev 52, m. 1996-cı məhəllədə yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Vüqar Hidayət oğludur.
