Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “Anam molla qızıydı, amma Atatürkü sevirdi” – Nobel mükafatçısı -FOTO

“Anam molla qızıydı, amma Atatürkü sevirdi” – Nobel mükafatçısı -FOTO

Moderator.az xəbər verir ki, kimya üzrə Nobel mükafatını 2015-ci ildə alan Mardinli Professor Doktor Əziz Sancar Amerikanın Səsi radiosunda qonaq olub. Professor həm Martinin Sovur rayonundan Amerikaya və Nobel mükafatını qədər uzanan həyat hekayəsini, həm də günümüzün bəlası olan xərçəng xəstəliyi haqqında danışıb.
8 uşaqlı bir ailədə böyüdüyünü bildirən professor anası haqqında ayrıca danışıb. Sancar anası Məryəm Sancar haqqında bunları deyib: “Anam bir kənd imamının qızıydı, amma o, Atatürkü pərəstiş edəcək qədər sevirdi. Atatürkün yaratdığı inqilabları, öz həyatına gətirdiyi dəyişiklikləri görürdü. O baxımdan anam böyük Atatürk heyranı idi. Anam Atatürkün çox vurğuladığı təhsil və elm məsələsinin mahiyyətini anlayırdı. Ona görə də bütün uşaqlarına “oxuyacaqsınız” – deyirdi və onun sayəsində hamımız oxumuşuq.”
Professor Sancar “1960-cı illərdə İstanbul Tibb Fakültəsində gördüyüm təhsili Avropanın ən yaxşı fakültələrində ala bilməzdim. Ecazkar bir təhsil gördüm. Çox gözəl müəllimlərimiz vardı, məni yaxşı hazırladılar, mən Amerikaya hazırlanmış vəziyyətdə gəlmişəm. Orada imkanlarımız yox idi, burada vardı, amma mən nəzəri olaraq hazırdım” deyib.
İstanbulda Tibb təhsilini bitirdikdən sonra Sovura bağlı Sürgücü kəndindəki səhiyyə ocağında çalışmağa başladığını qeyd edən professor bunları danışıb: “Məni o qədər sevirdilər ki, onları müayinə etdikdən sonra resept yazırdım, resepti əvvəllərdə dua deyə başlarının altına qoyurdılar. O zamanlar üçün darıxıram, məndən soruşsanız, həyatımın ən gözəl dövrünün Sürgücü mahalında həkimlik etdiyim zaman olduğunu deyərəm. Damda yatardıq, Suriyanın uzaqdan iki şəhərinin işıqlarını seyr edərdik. Səhər azan səsi ilə yuxudan oyanardıq”.
Professor Sancar hazırda xərçəng müalicəsində istifadə edilən dərmanlardan birinin təsirini artırmaq mövzusunda çalışdıqlarını da ifadə edərək “Gündə 5-10 kilometr gəzməyə çalışıram. Yuxu ilə aram yaxşı deyil.  Xərçəng xəstələrinə “Amerikaya gəlməyin” deyirəm. Aparılan müalicələr standartdır. Amerika, Avropa və dünyanın hər yerində eyni müalicə tətbiq edilir. Müalicədə əsas iş ailə dəstəyidir, buraya gələndə ailə dəstəyindən məhrum olurlar” – deyə danışıb.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın