Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Amerikalılar tələb edir: Soros terrorçu kimi tanınsın!

Amerikalılar tələb edir: Soros terrorçu kimi tanınsın!

On minlərlə amerikalı ABŞ prezidenti Donald Trampdan tələb edir ki, milyarder Corc Soros terrorçu elan olunsun. Onlar bununla bağlı petisiya imzalayıblar

Sənəd Ağ Evin saytında yerləşdirilib.

İndiyədək bu tələbi 70 min nəfər dəstəkləyib. Amma onun Ağ Evdə müzakirəsi üçün 100 min imza tələb olunur.

“Corc Soros qəsdən və daimi əsasda stabilliyi pozmağa, Birləşmiş Ştatlara və onun vətəndaşlarına qarşı zorakılıq aktları etməyə çalışıb, o bu məqsədlə onlarla, hətta ehtimal ki, yüzlərlə təşkilat yaradıb və maliyyələşdirib, hansıların ki, hədəfi ABŞ-ın konstitusiya sisteminin dağılması üçün Alinskoqonun terror taktikasının modelini tətbiq etməkdir”, — deyə petisiyanın mətnində deyilir.

Sənədi imzalayanlar həmçinin hökuməti milyarderin əmlakını və aktivlərini əlindən almağa çağırırlar.

Yeri gəlmişkən, Macarıstanın baş naziri Viktor Orban iyulda rumın şəhəri Beile-Tuşnaddakı universitetdə çıxış edərkən bildirmişdi ki, Sorosun tərəfdarları və “Brüssel bürokratları” miqrantların onun ölkəsinə və bütovlükdə Avropaya axınına imkan yaradırlar. (Virtualaz.org)

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın