Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / İqtisadiyyat / Amerikalı qubernatordan ermənipərəst mövqe-Türkiyəyə xain zərbə

Amerikalı qubernatordan ermənipərəst mövqe-Türkiyəyə xain zərbə

Qondarma “erməni soyqırımı”nın 102-ci ildönümü ərəfəsində növbəti hay-küylü təbliğata start verən, ABŞ-ın yeni administrasiyasından dəstək almağa çalışan erməni diasporu ABŞ-dan daha bir dəstək alıb.

Musavat.com-un erməni mediasına istinadən yaydığı məlumata görə, ABŞ-ın Vayominq ştatının qubernatoru Metyu Mid Amerika Eməniləri Milli Komitəsinə məktub yazaraq qondarma “erməni soyqırımı”nı tanıdığını bildirib. Ermənipərəst qubernator eyni zamanda Amerika ermənilərinin səylərini yüksək qiymətləndirib. Qubernator saxta “erməni soyqırımı”nı yəhudilərin Holokostu ilə eyniləşdirməyə çalışıb. İddia edib ki, tarixdəki belə hadisələrin bir daha təkrarlanmaması üçün onları xatırlamaq lazımdır. O, həmçinin 23 apreldə Kapitolidə anım mərasiminin olacağına da işarə edib. Öz növbəsində Erməni Milli Komitəsinin sədri də Türkiyəyə xain zərbə vuran ermənipərəst qubernatora təşəkkür məktubu yazıb.

Həmçinin oxuyun

Nazir tender “kralı” ilə 4.3 milyonluq müqavilə bağladı – Təmir üçün

Mədəniyyət Nazirliyi  “İnpeks.N” MMC ilə “cari təmir işləri” və “əsaslı təmir işləri”nin həyata keçirilməsi üçün …

Bir cavab yazın