Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Amerikalı biznesmenin Azərbaycana 23-millimetrlik topla təchiz edilmiş “kukuruznik” satmaq cəhdi

Amerikalı biznesmenin Azərbaycana 23-millimetrlik topla təchiz edilmiş “kukuruznik” satmaq cəhdi

ABŞ-ın qalmaqallı özəl hərbi şirkəti “Blackwater”in qurucusu (sonradan adını “Academy” olaraq dəyişdirib), Birləşmiş Ştatlar hərbi dəniz qüvvələrinin keçmiş zabiti Erik Prins Azərbaycana 23 millimetlik avtomatik topla təchiz edilmiş təkmotorlu, kənd təsərrüfatı işləri üçün nəzərdə tutulan təyyarələr satmaq istəyib. Lakin sövdələşmənin üstü açılıb və baş tutmayıb.

Bu barədə EurasiaNet.org ABŞ-ın “The İntercept” saytına istinadən yazır.

Məlumata görə Erik Prinsin əsasən Afrika ölkələrinə istiqamətlənmiş təhlükəsizlik, logistika və aviyasiya şirkəti “Frontier Services Group” kənd təsərrüfatında əkin sahələrinə dərman çiləmək üçün nəzərdə tutulan “Thrush 510G” təyyarəsinin modifikasiya edilmiş variantını Birləşmiş Ştatların qanunlarını pozaraq xüsusi lisenziyaya malik olmadan Azərbaycana satmağa çalışıb. Və bu məqsədlə gizlicə sövdələşmə bağlayıb. Təyyarəyə 23 millimetrlik pulemyot və videomüşahidə vasitələri quraşdırılması nəzərdə tutulurdu.

 

Lakin “Frontier Services Group” şirkətinin menecmenti bu sövdələşmə barədə könüllü olaraq Dövlət Departamentini məlumatlandırıb. Çünki menecment Erik Prinsin Azərbaycana silah ixracına dair lisenziyaya malik olmadığını öyrənib və nəticədə qanunların pozulmasında iştirak etmək istəməyib.

Dövlət Departamentinin silahlara nəzarət üzrə İdarəsindən “Frontier Services Group” şirkətinin baş direktoruna göndərilmiş məktubda bildirilir ki, potensial qanun pozuntusu əsasən cənab Prinsin hərəkətləri ilə əlaqəlidir.

Belə ki, Prins “Frontier Services Group” şirkətinin menecmentinin xəbəri olmadan təyyarəni “öz maraqlaına uyğun” silahlandırıb, sonra onu fərdi alıcılara və hökumətlərə təklif etməyə başlayıb. Təyyarədə pulemyot və videomüşahidə sistemi ilə yanaşı lazer tuşlayıcının da quraşdırılması nəzərdə tutulurdu. Bu, Erik Prinsin “özəl hava qüvvələri” yaratmaq planının bir hissəsi idi.

Sayt yazır ki, bu təyyarə üçün əsas bazar üsyançı dəstələrə qarşı müharibə aparan Afrika ölkələri ola bilərdi. Bu baxımdan aydın deyil ki, həmin təyyarə Azərbaycanın nəyinə gərək idi. 23 millimetrlik avtomatik top elə də güclü silah deyil, hərçənd bu silah zirehli vasitələrə malik olmayan partizan qruplarına qarşı effektli ola bilər. Azərbaycanın düşməni isə Ermənistan və onun nizami silahlı qüvvələridir. Hansı ki, kənd təsərrüfatı işləri üçün nəzərdə tutulmuş təkmotorlu kiçik təyyarə 23 millimetrlik avtomatik topla silahlanmış olsa belə bu cür münaqişələrdə işə yaramaz.

Məqalədə bildirilir ki, Azərbaycan İsraildən “Harop” kamikadze-dronlarını əldə edən və onu döyüşdə ilk tətbiq edən ölkədir.

Bununla belə xatırladılır ki, Erik Prinsin Azərbaycanla əlaqələri illər əvvələ dayanır. 2004-cü ildə onun “Blackwater” şirkəti Pentaqonun podratçısı kimi Azərbaycanın Hərbi Dəniz Qüvvələrinə təlim keçmişdi. İndi isə Prinsin “Frontier Services Group” şirkəti həmin təyyarələri Azərbaycana daha geniş təhlükəsizlik və logistika xidmətlərinin bir hissəsi kimi təqdim etmişdi. Lakin sövdələşmə baş tutmayıb.

Virtualaz.org qeyd edir ki, “Thrush 510G” sovet dövründə “kukruznik” kimi məşhurlaşan AN-2 dərmançiləyən təyyarələrinin bənzəridir. Bu təyyarələrin silahsız variantı 900 min dollara yaxındır. Məlum deyil ki, Erik Prins təyyarənin silahlı variantını Azərbaycana neçəyə təklif edibmiş. Lakin bu təyyarələr müxtəlif tipli kəşfiyyat və zərbə pilotsuz aparatları, hücum vertolyotları ilə silahlanmış Azərbaycanın nəyinə gərək ola bilərdi, bu aydın deyil.

Digər tərəfdən Azərbaycan ötən il İtaliyanın “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 tipli təlim-məşq təyyarəsini alıb. Bu şirkət Azərbaycana nə qədər istəsə təyyarə sata bilər. Və Azərbaycan Pakistandan kiçikmotorlu “Super Mushshak” təyyarələri də alıb. Hansı ki, bu təyyarələr silahla təchiz edilsə Amerika istehsalı olan həmin “kukruznik”dən daha effektli ola bilərdi. (Virtualaz.org)

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …