Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Amerika tankları təlimlərdə iştirak etmək üçün Gürcüstana gətirilib

Amerika tankları təlimlərdə iştirak etmək üçün Gürcüstana gətirilib

Amerika tankları və digər zirehli maşınlar “Agile Spirit 2017” təlimlərində iştirak etmək üçün Gürcüstana gətirilib.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, “M1 Abrams” və LAV zirehli transportyorları da daxil olmaqla Amerika hərbi texnikası Qara dənizdəki Poti limanına gətirilib.

Texnika dəmir yolu vasitəsilə Samtsxe-Cavaxeti regionundakı Orfolo poliqonuna aparılacaq.

“Təlimlərin keçirilməsində məqsəd NATO çevik əməliyyat qüvvələrinin tərkibində birgə əməliyyatlarda iştirak etməyə hazır olmaqdır”, – deyə məlumatda bildirilir.

Təlimlər sentyabrın 11-dən 3-dək keçiriləcək.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın