Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / İqtisadiyyat / AMB ötənilki mənfəəti 200 milyon olan “PAŞA Bank”ı 3 min manat cərimələdi

AMB ötənilki mənfəəti 200 milyon olan “PAŞA Bank”ı 3 min manat cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Bank” ASC-yə qarşı 3 min 109 manat maliyyə sanksiyası tətbiq edib.
Bu barədə AMB məlumat yayıb.
“Bank sektorunda izafi likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə məcburi ehtiyat normalarından istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər AMB haqqında qanuna əsasən, qurumun “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” qaydası ilə tənzimlənir. Bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatları Qaydaya müvafiq surətdə AMB-də olan müxbir hesablarında saxlanmasını təmin etməlidirlər.
15 dekabr 2023-cü il – 14 yanvar 2024-cü il tarixlərini əhatə edən saxlama dövründə “PAŞA Bank” xarici valyuta ilə məcburi ehtiyatları tələb olunan normaya uyğun təmin etmədiyinə görə qanunun 32-ci maddəsinə müvafiq olaraq kredit təşkilatı cərimələnib”, – məlumatda deyilir.
Xatırladaq ki, nizamnamə kapitalı 354,5 milyon manat olan “Paşa Bank”ın səhmlərinin 56,8%-i “Paşa Holdinq”ə, 28,2%-i “Bless” MMC-yə, 9,99%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə aiddir.
“Paşa Bank” son bir ildə 199 milyon 209 min manat xalis mənfəət əldə edib.
Qeyd edək ki, ötən il özəl banklar tərəfindən əldə olunan 752 milyon 291 min manatlıq mənfəətin 441 milyon 418 min manatı və ya 58,7%-i ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə bağlı 2 bankın – “Kapital Bank” və “Paşa Bank”ın payına düşüb.

Həmçinin oxuyun

“Fermerlərə bu şərtlə güzəştli kredit veriləcək” – Komitə sədri

“Ölkədə həyata keçirilən hər bir tədbir və ayrılan vəsaitlər aqrar sahənin inkişafına və fermerlərin fəaliyyətinin …