Çərşənbə axşamı , Mart 26 2019
Ana səhifə / İqtisadiyyat / AMB-nin saxlancına daha 400,2 kq qızıl təhvil verilib

AMB-nin saxlancına daha 400,2 kq qızıl təhvil verilib

Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra noyabrın 2-də Azərbaycana gətirilib.

Bu barədə “Report”a Maliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan hökumətinin mənfəət payı olan – 12865,2 troy unsiya (400,2 kiloqram) miqdarında növbəti partiya qızıl külçələri Nazirliyin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti qəbul edib Azərbaycan Mərkəzi Bankında (AMB) yerləşdirilib.

Bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan 60813,8 troy unsiya (1891,7 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib.

Ümumilikdə, bugünkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı 73679,0 troy unsiyaya (2291,9 kiloqrama) çatdırılıb ki, onun da bu günə bazar dəyəri 91,7 milyon ABŞ dolları təşkil edir.

Həmçinin oxuyun

Kiçik və orta biznesin inkişafı üçün nələr edilməlidir – ŞƏRH

Kiçik və orta biznesin inkişafı Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün vasitədir. Bunu Dünya Bankının Cənubi …