Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / AMB: Bu il manat bahalaşma təzyiqləri altında olub

AMB: Bu il manat bahalaşma təzyiqləri altında olub

Azərbaycan manatının məzənnəsinin dinamikası növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq.

“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2020-ci il və ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən xəbər verir.

Hesablamalara görə, manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının artırıcı təsiri daha yüksəkdir.

Bəyanatda qeyd edilib ki, 2019-cu ildə daxili valyuta balansında təklif tələbi üstələyib, manat bahalaşma təzyiqləri altında olub. Valyuta təklifi əsasən tədiyə balansının profisiti, fiskal məqsədlər üçün istifadə olunan neft gəlirləri və dedollarlaşma meylləri ilə dəstəklənib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …