Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Amazon”un qurucusu 4 günə 5 mlrd. dollar itirib

“Amazon”un qurucusu 4 günə 5 mlrd. dollar itirib

ABŞ-dakı birjaların çökməsi dünyanın 5 ən zəngin insanının sərvətinin 16,3 mlrd. ABŞ dolları azalaraq 366 mlrd. dollara düşməsinə səbəb olub.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, ən çox ziyan “Amazon”un qurucusu Cef Bezosa dəyib.

İş adamı 4 gün ərzində 5,3 mlrd. dollar itirib. Hazırda onun aktivlərinin dəyəri 113,2 mlrd. dollardır.

“Microsoft”un qurucusu Bil Qeytsin itkisi 2 mlrd. dollar, “Berkshire Hathaway Inc.” Korporasiyasının İdarə Heyətinin sədri Varen Bafetin itkisi 3 mlrd. dollardan çox olub.

“Facebook”un qurucusu Mark Zukkerbeeq 3,4 mlrd. dollar, “Google”un qurucuları Lerri Peyc və Sergey Brin isə ümumilikdə 4,1 mlrd. dollar itiriblər.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …