Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddə ittiham olunan FETÖ Körfəz Əməkdaşlıq Şurası ölkələri tərəfindən terror təşkilatı olaraq tanınıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, daha əvvəl İslam İşbirliyi Təşkilatı da FETÖ-nü teror təşkilatı elan etmişdi. Həmin qərarda Misir istisna olmaqla bütün ölkələr FETÖ-nü terror təşkilatı kimi tanımışdı.
Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurası ölkələrinə Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt, BƏƏ və Oman daxildir.