Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Almaniyadan Qarabağla bağlı 7 maddəlik – TƏKLİF

Almaniyadan Qarabağla bağlı 7 maddəlik – TƏKLİF

Almaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda zorakılığın azaldılması və münaqişənin davamlı sülh əsasında həll edilməsi üçün 7 maddədən ibarət plan təklif edib.
Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya XİN-dəki mənbədən bildirilib.
“Bu, Dağlıq Qarabağda zorakılığın azaldılması və münaqişənin davamlı sülh əsasında həll edilməsi üçün 7 maddədən ibarət plandır, – diplomat bəyan edib və əlavə edib ki, “söhbət atəşkəs rejiminin möhkəmləndirilməsindən və münaqişənin dialoq, etimad quruculuğu, sabitləşdirmə tədbirləri əsasında tənzimlənməsindən gedir”.
Mənbənin sözlərinə görə, hazırkı “status-kvo” uzunmüddətli perspektivdə davamlı deyil və münaqişənin ömrü nəzərə alınsa, təmas xəttində və sərhəddə zorakılığın artması riski çoxalır.
“Almaniya xarici işlər naziri ATƏT-ə sədrliyindən irəli gələn səlahiyyətlərindən geniş şəkildə istifadə edəcək”, –  deyə Almaniya XİN-dəki mənbə bildirib.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın