Ana səhifə / İqtisadiyyat / Almaniyadakı səfir geri çağırıldı -Türkiyədən ilk reaksiya

Almaniyadakı səfir geri çağırıldı -Türkiyədən ilk reaksiya

Almaniya Bundestaqının 1915-ci il hadisələrini soyqırım olaraq tanımasına Türkiyədən ilk reaksiya gecikmədi.
Azinforum.az “Reuters”ə istinadən xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Yasin Aktay sözügedən qətnamə ilə bağlı hökumətin ilk reaksiyanı açıqlayıb.
Məlumata görə, Y.Aktay layihənin təsdiqlənməsinin Türkiyə-Almaniya münasibətlərinə ciddi zərər verdiyini vurğulayıb.
Son məlumata görə, Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Qarslıoğlunu Ankaraya çağırıb.
Qeyd edək ki, Türkiyənin sərt şəkildə etiraz etdiyi qanun layihəsinin təsdiq olunduğu iclasa Almaniya kansleri Angela Merkel qatilmayıb.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın