Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Almaniya ümidini Azərbaycan qazına bağlayıb

Almaniya ümidini Azərbaycan qazına bağlayıb

Almaniya hökuməti Türkiyə vasitəsilə Avropaya alternativ qaz kəmərlərinin tikintisini dəstəkləyir. Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, bunu avqustun 21-də Almaniya hökumətinin nümayəndəsi bildirib. “Biz “Cənub qaz dəhlizi”nin daha da inkişaf etdirilməsində maraqlıyıq”, – o deyib.

“Cənub qaz dəhlizi” üç qaz kəmərindən ibarətdir: Cənubi Qafqaz (Bakı – Tbilisi – Ərzurum), Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP).

Güman edildiyinə görə, Azərbaycanın “Şahdəniz-2” qaz yatağından təbii qaz Türkiyəyə çatdırılacaq, oradan isə onun bir hissəsi 800 kilometrlik TAP-dan keçərək, Türkiyə-Yunanıstan sərhədindən Yunanıstanın şimal hissəsini, Albaniyanı və Adriatik dənizini keçməklə İtaliya sahillərinə çatacaq. Gözlənilir ki, Azərbaycan qazının Avropaya illik 10 milyard kub metr olmaqla çatdırılması 2020-ci ildə başlanacaq.

“Avropada qazın yalnız Rusiyadan deyil, başqa mənbələrdən də alınması Avropa Birliyinin diversifikasiya üzrə strategiyasının bir hissəsidir”, – Almaniya hökumətinin təmsilçisi deyir. O, Azərbaycanı strateji cəhətdən vacib ölkə adlandırıb və gələcəkdə Avropaya qazın Türkmənistandan, İrandan və İraqdan idxalını da mümkün sayır.

Eyni zamanda, Britaniyada dərc olunan “Financial Times” qəzeti qeyd edir ki, avqustun 25-də AFR kansleri Angela Merkelin Azərbaycana nəzərdə tutulan səfərinin əsas mövzularından biri Xəzər dənizi regionundan Avropa Birliyinə təbii qaz tədarükünün artırılması imkanları olacaq.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …