Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Almaniya Bundestaqının “erməni soyqırımı” qətnaməsinə bir türk də imza atıb

Almaniya Bundestaqının “erməni soyqırımı” qətnaməsinə bir türk də imza atıb

Bu gün Almaniya Bundestaqında 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qanun layihəsi qəbul edilib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qalmaqallı sənədin altında Yaşıllar Partiyasının lideri türk əsilli Cem Özdəmirin də imzası var.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımın bu məsələ ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Almaniya parlamenti qondarma “erməni soyqırımı”nı tanıyıb.
Almaniyada qondarma “erməni soyqırımı” iddialarının fəal dəstəkçilərindən olan Yaşıllar Partiyasının lideri C.Özdemir 15 il əvvəl yazdığı məqaləsində Fransada soyqırımın tanınmasını tənqid edərək, “1915 və ondan əvvəl 1895-ci ildə baş verən hadisələrin ələ alınma yeri nə Vaşinqton, nə də Paris və Berlindir” deyə vurğulamışdı.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın