Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Allahşükür Paşazadə Türkiyəyə 100 min dollarlıq çek apardı

Allahşükür Paşazadə Türkiyəyə 100 min dollarlıq çek apardı

Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Kahraman Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəni qəbul edib.

Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, görüşdə 15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınması barədə danışılıb. Paşazadə Türkiyədə dini liderlərin toplantısına qatılmaq üçün Ankaraya səfər edib.

Allahşükür Paşazadə isə Türkiyəyə “keçmiş olsun” mesajlarını çatdırıb, azərbaycan xalqının bu hadisələrə görə türk xalqı ilə eyni üzüntüləri yaşadığını deyib. Prezident Ərdoğanın xalqı meydanlara çağırmasına toxunaraq bildirib ki, “milyonlarla insan küçələrə töküldü, öz birliklərini, dövlətini qorudu” .

Görüşdə Allahşükür Paşazadə azərbaycan xalqı adından 15 iyul hadisələri zamanı həlak olanların ailələrinə yardım üçün göndərilən 100 min dollarlıq yardımın çekini də Kahramana təqdim edib.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın